Modern.az

Şuşa haqqında film beynəlxalq festivalın finalında

Şuşa haqqında film beynəlxalq festivalın finalında

23 Avqust 2021, 13:12

Əslən Şuşadan olan jurnalist, REAL TV-nin Avropa bürosunun təmsilçisi Xatirə Sərdarqızının müəllifi olduğu və onun real həyat hekayəsi əsasında çəkilən bədii sənədli film Türkiyədə keçirilən beynəlxalq festivalda final mərhələsinə yüksəlib.

 

Modern.az xəbər verir ki, "28” adlandırılan filmdə 1-ci Qarabağ müharibəsi zamanı 12 yaşında müharibənin qurbanı olan qızın evindən, məktəbindən, vətənindən, dostlarından ayrı düşməsi, uzun illərin həsrətindən - 28 ildən sonra Şusa azad olunduqdan sonra doğma şəhərinə, öz uşaqlığına qovuşması əks olunub.

 

Film beynəlxalq festivallara göndərilmək üçün nəzərdə tutulub.

 

“Əsas məqsəd beynəlxalq ictimaiyyətə birinci Qarabag müharibəsi zamanı Azərbaycan xalqının və xüsusən də müharibə uşaqlarının yaşadığı travmaları göstərməkdir. Müharibənin bir insanın həyatında nə qədər dərin izlər buraxdığını anlatmaq, Qarabağın işgalının bir qızcığazın timsalında nə qədər insana zərbə vurduğunu, neçə-neçə həyatların, arzuların, uşaqlığın yarım qaldıgını çatdırmaqdır. Bundan başqa, erməni vandalları tərəfindən bu illər ərzində Şuşanın necə viran qoyulduğunu, mədəni irsimizin, abidələrimizin tarimar edildiyini festivalların köməyi ilə daha geniş auditoriyaya göstərə bilmək filmin əsas amalidir. “28” filmi artıq ilk festivala göndərilib”, - deyə jurnalist bildirib.

 

Şuşa həsrəti ilə bağlı çəkilən filmin rejissoru Nazim Şərbətov, ssenaristi Orxan Bahadırsoy və Xatirə Sərdarqızıdır. Filmdə əsas qəhrəmanlar Xatirə Sərdarqızı və onun uşaqlığını canlandıran Nuray Məmmədzadədir. Film Türkiyədə Boğaziçi Mədəniyyət və İncəsənət Vəqfi tərəfindən keçiriləcək Diaspora Beynəlxalq Qısametrajlı Film Festivalında 120 ölkədən 3123 film arasından seçilərək finala çıxıb.

 

Festival 27-29 avqustda İstanbulda keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir