Modern.az

AccessBank-da yeni təyinat

AccessBank-da yeni təyinat

İqtisadiyyat

23 Avqust 2021, 13:15

Rəşad Mirzəyev AccessBank-da İT İnfrastruktur və Əməliyyatlar departamentinin rəhbəri vəzifəsində fəaliyyətə başlayır.

 

Bankdan Modern.az-a verilən məlumata görə, R.Mirzəyev bank sahəsində ümumilikdə 13 ildən artıq iş təcrübəsinə malikdir. O, əmək fəaliyyətinə 2008-ci ildə Rabitəbank-da İnformasiya Texnologiyaları departamentində başlayıb. 2013-2018-ci illərdə həmin departamentin Texniki dəstək şöbəsinin rəisi vəzifəsində işləyib. AccessBank komandasına qoşulanadək isə Rabitəbank-da İT İnfrastrukturu Departamentinin direktoru olub.

 

Rəşad Mirzəyev CİSCO və HP-in Madrid və Barselonada təşkil etdiyi beynəlxalq təlimlərin iştirakçısıdır.

 

Azərbaycan, İngilis və Rus dillərini bilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir