Modern.az

Azərbaycanın axtardığı qadın alverçiləri: 14 nəfərin arasında 1 kişi də var - FOTOLAR

Azərbaycanın axtardığı qadın alverçiləri: 14 nəfərin arasında 1 kişi də var - FOTOLAR

23 Avqust 2021, 14:26

Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin məlumatına görə, ötən il Azərbaycanda 155 insan alveri, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 40 cinayət qeydə alınıb. Bu, 2019-cu illə müqayisədə sözügedən hüquqazidd əməllərin sayının 14 fakt və ya 7,5 faiz artması deməkdir.

“Məcburi əmək cinayətlərinin hamısı, insan alveri cinayətlərinin isə 98 faizi açılmış, onları törətmiş 7 nəfərdən ibarət 3 сinayətkar qrup zərərsizləşdirilmişdir. Axtarışda olan 23 təqsirləndirilən şəxsdən 10-u tutulmuş, xarici dövlətlərdə gizlənən qalan 13 nəfərin aşkarlanıb ölkəyə ekstradisiya olunması istiqamətində isə hazırda lazımi tədbirlər görülür”,-deyə qurumun hesabatında bildirilir

2020-ci ildə insan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işləri üzrə 20 şəxs (17 qadın, 3 kişi) təqsirləndirilən qismində cəlb edilib. Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 15 nəfərdən 12-si azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, 2 nəfər şərti məhkum edilib, 1 nəfərin cəzası təxirə salınıb.

“Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayının aşkarlanmış faktlara nisbətdə az olması – bir insan alverçisinin bir neçə qurbanı istismar etməsindən irəli gəlməklə bu növ cinayətlərin xarakterik əlaməti kimi qeyd olunmalıdır”,-idarə bildirib.

Müəyyən edilmiş 94 insan alveri qurbanından (89 qadın, 3 kişi, 2 uşaq) 93-ü Azərbayсan Respublikasının vətəndaşı, 1-i əcnəbi olmuşdur (Rusiya Federasiyasının vətəndaşı). Onlardan 81-i cinsi istismar məqsədilə Türkiyə Respublikasına, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə aparılıb, 9-u ölkə daxilində məcburi əməyə məruz qalıb.

Modern.az xəbər verir ki, hazırda Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin barəsində axtarış elan etdiyi 14 nəfər insan alveri maddəsi təqsirləndirilir.

13-ü qadın, 1-i kişi olan “insan alverçiləri” müxtəlif regionlardandır.

Hazırda təqib olunan həmin şəxslərin siyahısını sizə təqdim edirik.

Qeyd edək ki, “insan alverçiləri”nin adları şəkillər sıralamasına uyğun yerləşdirilib:


Əliyeva Şahnaz Sərxan qızı. Abşeron rayon sakinidir. Barəsində 2020-ci ildə axtarış elan edilib.     

İsayeva Azadə Eynəli qızı. Bakı şəhər sakinidir. Barəsində 2020-ci ildə axtarış elan edilib.  

Taheri Mahmoudi Mohsen. İran İslam Respublikasının vətəndaşıdır. Barəsində 2019-cu ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.    

Qədirli Zeynəb Böyükağa qızı. Kürdəmir şəhər sakinidir. Barəsində 2016-cı ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.  

Həsənova Sevda Həsən qızı. Bakı şəhər sakinidir. Barəsində 2015-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Hacıyeva Qızqayıt Rafiq qızı. Abşeron rayon sakinidir. Barəsində 2015-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Quliyeva Validə Tahir qızı. Gəncə şəhər sakinidir. Barəsində 2012-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Məmmədova Şöhrət Savalan qızı. Goranboy rayon sakinidir. Barəsində 2009-cu ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Abdıyeva Hicranə Rəcəb qızı. Quba şəhər sakinidir. Barəsində 2008-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Məmmədova Gülxanım Xudam qızı. Cəlilabad rayon sakinidir. Barəsində 2008-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Səfərzadə Aybəniz Mirəddin qızı. Bakı şəhər sakinidir. Barəsində 2007-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Səfərova Almaz Mirəddin qızı. Qəbələ rayon sakinidir. Barəsində 2007-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Qəhrəmanova Yeganə Lətif qızı. Tovuz rayon, Qovlar qəsəbə sakinidir. Barəsində 2021-ci ildə axtarış elan edilib.

Ələkbərova Lalə Vilayət qızı, Gəncə şəhər sakinidir. Barəsində 2021-ci ildə axtarış elan edilib.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir