Modern.az

Nazirlikdən teatrların açılması ilə bağlı suallara CAVAB

Nazirlikdən teatrların açılması ilə bağlı suallara CAVAB

23 Avqust 2021, 19:01

“Azərbaycanda xüsusi karantin rejimi müddətində teatr-konsert müəssisələrinin fəaliyyətinin davam etdirilməsi barədə qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilə bilər”.

 

Modern.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə teatrların nə vaxt açılacağı ilə bağlı suallara cavabında bildirib.

 

Onun sözlərinə görə, nazirlik tərəfindən bu məsələ ilə bağlı Operativ Qərargaha müraciət ünvanlanıb:

 

“Teatrların fəaliyyəti ilə bağlı hər hansı qərar verilərsə, ictimaiyyətə bu barədə məlumat veriləcək. Ümid edirik ki, epidemioloji vəziyyət tezliklə stabilləşər və ölkəmizin mədəni həyatı öz axarına qayıdar”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?