Modern.az

Aygün Şuşada iş qurmağa hazırlaşır - VİDEO

Aygün Şuşada iş qurmağa hazırlaşır - VİDEO

İqtisadiyyat

24 Avqust 2021, 13:34

"Türkiyə və digər ölkələrdə yaşayan dizayner partnyorlarımız Şuşada iş quracaq".

 

Modern.az xəbər verir ki, bu fikirləri MediaTürk TV-nin qonağı olan azərbaycanlı iş xanımı, dizayner Aygün Ağamalı bildirib.

 

Onun sözlərinə görə, Şuşada moda xəttinin qurulması onun əsas planlarının mərkəzində dayanır:

 

"Bu, azərbaycanlı iş xanımı olaraq mənim arzumdur. Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə Şuşaya səfər edəndən sonra bu arzumun həyata keçməsi üçün daha da geniş addımlar atmağı planlaşdırıram. Bildiyiniz kimi, "Aygün Ağamalı" brendi Türkiyə, Rusiya və İtaliyada tanınır. Təbii ki, həmin ölkələrdə fəaliyyət göstərən dizaynerlər arasında işğaldan azad edilmiş bölgələrimizdə iş qurmaqda maraqlı olan insanlar var. Eyni zamanda, bir çox ölkələrdə yaşayan və müxtəlif sahələrdə çalışan azərbaycanlılar Şuşada investisiya yatırmağa cəlb olunacaq. İş adamı olan soydaşlarımız bu məsələdə xüsusilə həvəslidir".

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir