Modern.az

Komitələrin payız hazırlığı: İctimai birliklər və dini qurumlar komitəsi nələr planlaşdırır...

Komitələrin payız hazırlığı: İctimai birliklər və dini qurumlar komitəsi nələr planlaşdırır...

24 Avqust 2021, 15:37

Modern.az saytı Milli Məclisin komitələrinin qarşıdan gələn payız sessiyasına hazırlığı ilə bağlı rubrikanı davam etdirir. Rubrikada Milli Məclisin ayrı-ayrı komitələrinin qarşıdan gələn payız sessiyasına necə hazırlaşması, müzakirəsi planlaşdırılan yeni qanun layihələri haqqında məlumatlar dərc edilir.


Bu dəfə rubrikamıza İctimai birliklər və dini qurumlar komitəsi ilə davam edirik. Komitənin üzvü, deputat Azər Badamov Modern.az-a açıqlamasında deyib ki, qurumun gündəliyində yaz sessiyasında müzakirəyə çıxarılan, amma yarımçıq qalan qanun layihələri yoxdur:


“Yaz sessiyası komitəmiz üçün məhsuldar olub. Yaz sessiyası dövründə ölkə həyatı üçün vacib olan “Dini etiqad azadlığı haqqında” qanun geniş müzakirə olunub və köklü dəyişikliklər edilib. Payız sessiyasında isə ölkəmizin inkişafı ilə paralel olaraq müvafiq sahələr üzrə qəbul olunmuş  qanunlarda dəyişikliklərin edilməsi zəruri olarsa, müzakirəyə çıxaracağıq”.


Azər Badamov deputat həmkarlarının mövcud qanunlarda müəyyən dəyişikliklər edilməsi haqqında təklifləri olacağını da istisna etməyib:


“Komitə üzvləri tərəfindən irəli sürüləcək təkliflər müzakirəyə çıxarıla bilər. Ümumiyyətlə, payız sessiyasında 44 günlük Vətən Mmüharibəsində yaratdığımız yeni reallığa əsasən, ölkəmizin  ictimai-siyasi həyatında baş verən dəyişikliklərə uyğun fəaliyyət qurmağını  planlaşdırırıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!