Modern.az

Əvvəlki problem qayıdır: Kredit faizlərinin yüksək olmasının 3 SƏBƏBİ

Əvvəlki problem qayıdır: Kredit faizlərinin yüksək olmasının 3 SƏBƏBİ

25 Avqust 2021, 09:07

Mərkəzi Bankın rəsmi elan etdiyi göstəricilərə əsasən, bu ilin birinci yarısında problemli kreditlərin həcmi yenidən artıb. Belə ki, ötən ili 893 milyon manat problemli kredit portfeli ilə başa vuran banklarda cari ilin ilk yarısında bu göstərici 914 milyon manata yüksəlib.

 

Problemli kreditlərin artmasına səbəb nədir? Azərbaycanda kredit faizləri niyə yüksəkdir?

 

Bank üzrə ekspert Əkrəm Həsənov Modern.az-a bildirib ki, banklarda faiz göstəricilərinin yüksək olmasının 3 səbəbi var:

 

“Banklar bundan əvvəl olduğu kimi kreditləri yüksək faizlə verir.  Bəlkə də bunun üzərindən keçirlər, ancaq xatırlatmaq istəyirəm ki, 2015-ci ilin devalvasiyasına qədər kredit faizləri daha yüksək idi. Bu hadisə  devalvasiyaya qədər bananın qiymətinə bənzəyir. Belə ki, devalvasiyaya qədər bananın qiyməti indikindən baha idi. Daha sonra əvvəlcədən şişirdilmiş qiymətlər endirildi, proses müsbətə doğru getdi.  Eyni məsələ  kreditlərdə də müşahidə olunur. Devalvasiyaya qədər də faizlər yüksək idi, ancaq o vaxt heç kim yüksək kredit haqqında danışmırdı, ya da az danışılırdı. Banklar vardı ki, illik 36-40 faizlə kredit verirdilər.  Devalvasiyadan sonra faizlər bir qədər  düşdü. Çünki bildilər ki, heç kim gəlib kredit götürməyəcək”.

 

 

Ekspert hesab edir ki, hazırda problemli kreditlərin artmasına səbəb pandemiyadır:

 

“Sahibkarlar kreditləri ödəməkdə çətinlik çəkirlər, çünki əvvəlki biznes aktivliyi yoxdur. Keçən il problemli kreditlər artmadı, çünki  Mərkəzi  Bank banklara tapşırıq vermişdi.  Hazırda banklar arasında faizlə bağlı yüksək bir fərq yoxdur.  Azərbaycanda faizlər 3 səbəbdən yüksəkdir.  Birinci səbəb əmanətlər üzrə faizlərin yüksək olmasıdır. Bu gün qorunan əmanətlər üzrə faiz dərəcəsi 12%-dir.  Hansı inkişaf etmiş ölkədə vətəndaş banka əmanət qoyur və on iki faiz gəlir əldə edir?  İkinci səbəb banklar bərabərhüquqlu qaydada Mərkəzi Bankdan kredit götürə bilmirlər. Banklar ya qoyulan əmanətlə, ya da Mərkəzi Bankdan götürülən kreditlə fəaliyyət göstərirlər. Sonuncu məsələ isə məhkəmə hüquq sisteminin bərbad vəziyyətdə olmasıdır.  Banklar bilir ki, sabah onun kreditini kimsə qaytarmasa məhkəmələrə düşəcək, kollektora, vəkilə  ödəniş edəcək.  Sahibkarlar bəzən bankları məhkəmədə udur.  Bunları bilən banklar faizi yüksək qoyurlar.  İstinadsız ki, ac gözlük də var, daha çox qazanmaq istəyirlər.  Yüksək faizlə bağlı günümüzdə hər kəs şikayət edir.  İmam üçün ağlayanda bir dəfə yezid üçün ağlayaq, banklarda kimdənsə asılıdır”.

 

Humay İsgəndərova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir