Modern.az

Lənkəranda “patı” əməliyyatı: 11 nəfər tutuldu, biri qadındır

Lənkəranda “patı” əməliyyatı: 11 nəfər tutuldu, biri qadındır

Hadisə

25 Avqust 2021, 10:00

Lənkəranda növbəti “patı” əməliyyatında biri qadın olmaqla on bir nəfər saxlanılıb, onlardan birinin oğurluq əməlinin üstü açılıb.

 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 11 nəfər rayon sakini – S.Hüseynov, E.Nəcəfov, F.Ələskərov, N.Əliyeva, O.Məmmədov, M. Beyçayev, X.Nəzərov, B.Fərziyev, R.Nəzərov və Ş.Axundov, T.Şıxcanov saxlanılıblar.

 

Keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə heroin, metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

 

Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərdən biri T.Şıxcanovun şəhər ərazisindəki evlərdən birindən 7900 ABŞ dolları və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.

 

Həmin şəxs oğurladığı pul müqabilində aldığı avtomobildə saxlanılıb, pulun qalan hissəsi və qızıl-zinət əşyaları isə həmin avtomobildən aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Faktlarla bağlı araşdırma aparılır

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!