Modern.az

18 koronavirus xəstəsi ictimai yerlərdə aşkarlandı

18 koronavirus xəstəsi ictimai yerlərdə aşkarlandı

25 Avqust 2021, 11:53

Avqustun 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

 

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 3 nəfər barəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?