Modern.az

Keçmiş səfir Türkiyədən Azərbaycana qayıtdı

Keçmiş səfir Türkiyədən Azərbaycana qayıtdı

25 Avqust 2021, 13:27

Tarix elmləri doktoru Nəsib Nəsibli qardaş Türkiyədəki elmi-pedaqoji fəaliyyətini başa vurub.



Modern.az xəbər verir ki, bu barədə onun özü bildirib:



“Ankara Universitesi Dil və Tarix-Coğrafiya Fakültəsində 5 il çalışdıqdan sonra Vətənə dönməyə qərar vérdim”, - N.Nəsibli deyib. O, bundan sonrakı elmi-pedaqoji fəaliyyətini Azərbaycanda davam etdirəcək. N.Nəsibli 1992–1994-cü illərdə Azərbaycanın İrandakı səfiri olub.  


1994–2002-ci illərdə Bakı Asiya Universitetində dosent, Xəzər Universitetində professor, kafedra müdiri, dekan vəzifələrində çalışıb. 1997–1998 və 2002–2003-cü illərdə ABŞ-ın Çikaqo və Con Hopkins universitetlərində işləyib.



2005-ci ildə 3-cü çağırış Müsavat Partiyasının namizədi olaraq Milli Məclisə keçirilən seçkilərdə deputat mandat qazanıb.



2014-cü ildə Müsavat Partiyasından istefa verib.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir