Modern.az

Gömrükdə gizlədilən qızıl-zinət əşyaları tapıldı

Gömrükdə gizlədilən qızıl-zinət əşyaları tapıldı

Hadisə

25 Avqust 2021, 13:41

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz olaraq keçirmə cəhdinin qarşısını alıblar.

 

Komitədən Modern.az-a verilən məlumata görə, NBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı "Qırmızı Kanal"a keçərkən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib.

 

Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus qara rəngli əl çantasının və çamadanın içərisində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən, 2 ədəd sırğa- üzük-klon dəsti, 1 cüt sırğa və 1 ədəd boyunbağı aşkar edilib.

 

Aşkar edilən predmetlər qızıldan hazırlanan, ümumi çəkisi 126 qram olan zərgərlik məmulatlarıdır.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır