Modern.az

Polis toya gedən 16 nəfəri geri qaytardı

Polis toya gedən 16 nəfəri geri qaytardı

25 Avqust 2021, 14:05

Avqustun 24-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 6 toy şənliyinin monitorinqini həyata keçirib.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, monitorinq 5 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

 

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

 

-2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

 

-16 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir