Modern.az

Rəşad Mahmudov: “Saxta COVİD pasportu verən tibb işçilərinin diplomu ləğv edilsin”  - VİDEO

Rəşad Mahmudov: “Saxta COVİD pasportu verən tibb işçilərinin diplomu ləğv edilsin”  - VİDEO

25 Avqust 2021, 15:35

“Saxta peyvənd pasportu almaq suisid, saxta peyvənd pasportu vermək isə sui-qəsddir. Belə bir vaxtda saxta COVID pasportu verən və alan şəxslər dövlətə qarşı əks-təbliğat aparmış hesab olunurlar”.

 

Modern.az xəbər verir ki, bu sözləri MediaTurk TV-yə açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

 

Millət vəkili hesab edir ki,  dünya səhiyyəsinin verdiyi xətt xaricində bir yola getmək vicdani olaraq qəbulolunmazdır: “Peyvənd vurmaya, vurdurmaya bilərik, amma saxta COVID pasportu verməyə və almağa heç kimin haqqı yoxdur. Nə özümüzə, nə də başqasına qəsd edə bilmərik”.

 

Rəşad Mahmudov həmçinin bildirib ki, dünyanı bürümüş belə bir fəlakət zamanı tibb işçilərinin bu cür saxtakarlıqlara baş vurması  aidiyyatı orqanların nəzarətindədir: 

 

“Ali qanunverici orqanın nümayəndəsi olaraq düşünürəm ki, pandemiya bu şəkildə davam edərsə, saxta COVİD pasportlarının verilməsi ilə  məşğul olan və bilərəkdən bu fəaliyyəti davam etdirən insanlara qarşı nəinki sərt cəza tədbirləri görülməli, eləcə də onların məsləkdən məhrum edilməsi, yəni əllərindəki diplomların ləğv edilməsi hər kəs tərəfindən, eləcə də tibb işçiləri tərəfindən də məqbul qarşılanacaq”.

 

Komitə sədrinin müavini, həmçinin qeyd edib ki, dünyada tətbiq olunan və  Azərbaycanda da sentyabr ayından etibarən tətbiq olunacaq “yaşıl keçid” taktikası tibbi nöqteyi-nəzərdən çox ədalətli qərardır və iqtisadi cəhətdən də fayda verəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu