Modern.az

Ermənistan Sədərək istiqamətində təxribat törətdi - VİDEO

Ermənistan Sədərək istiqamətində təxribat törətdi - VİDEO

25 Avqust 2021, 19:11

Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribata əl ataraq yanğınlar törətməyə cəhd edib.

 

Modern.az “Nuhçıxan”a istinadən xəbər verir ki, son günlər Ermənistan tərəfindən Ermənistan-Azərbaycan dövlət sərhədinin Arazdəyən-Sədərək istiqamətində həm şəxsi heyətə, silah və texnikaya qarşı düşmən təxribatlar törədilir, həm də ərazilərimizə ekoloji ziyanın vurulması üçün mütəmadi olaraq müxtəlif üsullara əl atılır.

 

Düşmən müxtəlif üsullarla mövqelər arasındakı neytral əraziləri və əkin sahələrimizi yandırmağa cəhd edir.

 

Əsgərlərimiz ərazilərimizdəki yanğını söndürüblər.

 

Düşmənin təxribatlarının qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır