Arxiv
25 Avqust 2021, 20:50 | REPORTAJ
Vətən Müharibəsindən Əfqanıstana: Sülhməramlımızın ailəsindən XÜSUSİ REPORTAJ

Gizir Ağayev Şəhram Hilal oğlu... 44 günlük Vətən Müharibəsindən Əfqanıstana qədər uzanan yol. Atası Hilal bəyin sözlərinə görə, pilotsuz uçan aparat mütəxəssisi olan Şəhram torpaqlarımızın erməni işğalından azad olunması uğrunda müharibədə işrak edib və böyük şücaətlər göstərib. Bu ilin iyununda isə onun hərbçi həyatının Əfqanıstan mərhələsi başlayıb.

 

Anası Kəmalə xanım deyir ki, oğluna tam doya bilməmiş, xidməti borcu onları yenidən ayırıb.

 

Oğlu ilə fəxr etdiyini deyən Kəmalə xanım Şəhramın Əfqanıstanda da vəzifə borcunu layiqincə yetirdiyini, bir türk əsgəri kimi oradakı mülki vətəndaşlara, uşaqlara qarşı humanist davrandığını bildirir. Onun sözlərinə görə, Şəhram Əfqanıstandakı körpələri öz balalarının yerinə qoyur, yemək payını belə ordakı uşaqlara verir.

 

Şəhram Ağayev evlidir, iki qız atasıdır.

 

Media Türk TV-nin Şəhramın ailəsindən hazırladığı xüsusi reportajı təqdim edirik:

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv