Modern.az

Ermənilər əsir götürdükləri azərbaycanlı əsgərin VİDEOSUNU yaydılar

Ermənilər əsir götürdükləri azərbaycanlı əsgərin VİDEOSUNU yaydılar

Qarabağ

26 Avqust 2021, 14:14

Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə erməni separatçıları tərəfindən əsir götürülüb.

Modern.az xəbər verir ki, Ermənistan mətbuatı Azərbaycan əsgərinin əsir götürülmə anının videosunu yayıb.

Düşmən qeyd edir ki, hərbçimiz avqustun 25-də Ağdərə şəhərindəki mənzillərdən birində aşkarlanıb.

Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidəki erməni separatçılar azərbaycanlı hərbçiyə “cinayət işi” açıldığı bildiriblər.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, əsgər Cəmil Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

“Cəmil Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır”, - Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir