Modern.az

Bakıda avtokran aşdı, sürücü öldü

Bakıda avtokran aşdı, sürücü öldü

Hadisə

26 Avqust 2021, 14:23

Avqustun 25-də Ülfət Şəmiyevin stasionar qaldırıcı kranın hərəkəti zamanı xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Binəqədi rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Ülfət Şəmiyev Binəqədi şossesində yerləşən “VS Enerji Servis” MMC-nin sifarişi əsasında idarə etdiyi 99-MU-989 dövlət qeydiyyat nişanlı avtokranı və 99-ZB-989 dövlət qeydiyyat nişanlı qoşqunu idarə etdiyi zaman avtomaşın ətalətini itirməklə qoşqunun üzərinə aşıb və avtomaşınla qoşqunun arasında qalıb sıxılmaqla ölüb.

 

Hazırda fakt üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir