Modern.az

Koronavirusa yoluxanların bu günə olan statistikası

Koronavirusa yoluxanların bu günə olan statistikası

26 Avqust 2021, 15:25

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3714 yeni yoluxma faktı qeydə alınıb, 2470 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 405 542 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 353 140 nəfər müalicə olunaraq sağalıb, 5434 nəfər vəfat edib, aktiv xəstə sayı 46 968 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 247, ötən müddət ərzində isə ümumilikdə 4 379 510 test aparılıb.

 

 
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü