Modern.az

Ermənistan Azərbaycanla Gorus-Qafan yolu ilə bağlı danışıqları bərpa edib

Ermənistan Azərbaycanla Gorus-Qafan yolu ilə bağlı danışıqları bərpa edib

Qərbi Azərbaycan

26 Avqust 2021, 17:24

Gorus-Qafan yolunda yaranmış vəziyyətlə bağlı Azərbaycan tərəfi ilə danışıqlar 26 avqust saat 15:00-dan bərpa edilib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatına Zəngəzur vilayətinin qubernatoru Kamo Avanesyan bildirib.

Onun sözlərindən belə məlum olub ki, danışıqlara Qarabağdakı Rusiya sülhməramlı kontingentinin nümayəndəsi də cəlb olunub.


“Səhər saatlarında pozulan danışıqlar günorta bərpa edildi. Bu, üçtərəfli danışıqlardı. Ümid edirk ki, problem müsbət həll olunacaq və yol açılacaq”.

Azərbaycan tərəfindən hələ ki yolun bağlanması ilə bağlı rəsmi açıqlama yoxdur.

Xatırladaq ki, Ermənistan tərəfi dünəndən bildirilər ki, Zəngəzurdan keçən Gorus-Qafan yolunda hərəkət Azərbaycan hərbçilərinin müdaxiləsi nəticəsində məhdudlaşdırılıb. Buna avqustun 25-də ermənilərin Gorus-Qafan yolunda bir azərbaycanlı sərhədçiyə hücum edib, onu yaralaması səbəb olub.

Azərbaycan Dövlət Sərhəd Xidməti əsgərimizin döyüş postunda iki erməni hərbçisi tərəfindən hücuma məruz qaldığını və süngü ilə bıçaqlandığını bildirib. Məlumata görə, ermənilər qaça biliblər.

"Hadisə ilə bağlı bütün məsuliyyəti Ermənistan tərəfi daşıyır və bu təxribata müvafiq cavab veriləcək", - Azərbaycan Dövlət Sərhəd Xidməti bildirib.

Qeyd edək ki, Gorus-Qafan yolunun bir hissəsi Azərbaycan ərazisinə düşür. İkinci Qarabağ müharibəsindən sonra Sovet dövründəki sərhəd xəttinə əsasən, Azərbaycan Ordusu bu ərazilərdə bir neçə post qurub.

Nəticədə Zəngəzur bölgəsində ermənilərin yaşadığı Şurnuxu kəndi ikiyə bölünüb. Hazırda Qafan-Gorus avtomobil yolunun Karmrakar və Şurnuxu kəndindən keçən hissələri Azərbaycan ərazisinə düşür və həmin bölgədə yola Azərbaycan hərbçiləri nəzarət edirlər. Kəndi bölən yol Azərbaycanla Ermənistan arasında yeni sərhəddir.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir