Modern.az

ATƏT sədri Azərbaycana gəlib

ATƏT sədri Azərbaycana gəlib

Təhsil

14 Fevral 2010, 22:28

ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi, xarici işlər naziri Kanat Saudabayev fevralın 14-də Azərbaycana səfərə gəlib.
Modern.az xəbər verir ki, Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində K. Saudabayev Bakıda bir sıra görüşlər keçirəcək.
Azərbaycandan Gürcüstana və Ermənistan səfər edəcək ATƏT sədri keçirəcəyi görüşlərdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlərlə bağlı müzakirələr aparacaq, regiondakı münaqişələrin, eləcə də Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dəstəyini nümayiş etdirəcək.
Kanat Saudabayev səfər çərçivəsində həmçinin region ölkələrində demokratik proseslərə dəstək verilməsində ATƏT-in rolu məsələsini də müzakirə edəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir