Arxiv
27 Avqust 2021, 09:40 | ZƏNGƏZUR
Ermənistan Gorus-Qafan yolunun açılmasına nail ola bilmədi

Ermənistan tərəfi Zəngəzur bölgəsindən keçən Gorus-Qafan avtomobil yolunun bağlı hissələrinin açılması ilə bağlı üçtərəfli danışıqların dünən gecə yekunlaşdığını bildirib.

Modern.az xəbər verir ki, Qafan şəhərinin meri Gevorg Parsyanın sözlərinə görə, yol hələ açılmayıb. Rusiya sərhəd qüvvələrinin Azərbaycan tərəfi ilə apardığı danışıqlar nəticəsiz bitib.

Ermənistan üçün həyati əhəmiyyətli yolun açılıb-açılmayacağına dair danışıqların nəticə vermə ehtimalını Parsyan şərh etməyib.

Ermənistan tərəfi iddia edir ki, azərbaycanlı hərbçilər avqustun 25-i gecə saat 23:00-dan etibarən Gorus-Qafan avtomobil yolunu iki yerdən bağlayıblar,

Bu, Qafan-Gorus yolunda bir azərbaycanlı sərhədçiyə edilən hücum barədə məlumatlardan sonra baş verib.

Məlumatlara görə, İrandan Ermənistana gələn maşınlar da hələ ki yol kənarında qalıb.

Ermənistan tərəfi bildirir ki, Gorus-Qafan avtomobil yolu Ermənistan-İran sərhədinə çıxdığından nəinki regional, həm də dövlətlərarası əhəmiyyətə malikdir.

O da qeyd olunur ki, dünən Tehran-İrəvan-Tehran marşrutu ilə hərəkət edən sərnişin avtobuslarının reysləri də ləğv edilib.

 

A.Qorxmaz

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv