Modern.az

Bakıdan Yerevana TƏLƏB: Laçın-Sisian-Naxçıvan yolu açılsın!

Bakıdan Yerevana TƏLƏB: Laçın-Sisian-Naxçıvan yolu açılsın!

27 Avqust 2021, 10:45

Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması barədə danışıqlar davam edir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Gorus-Qafan yolunun bağlanması səbəbindən Bakı və Yerevan arasında Rusiya tərəfinin təşəbbüsü ilə danışıqlar aparılır.


Danışıqlar zamanı Bakının Gorus-Qafan yolunun açılmasına qarşılıq üçtərəfli razılaşmada göstərildiyi kimi Azərbaycanın qalan ərazisi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizinin açılmasını tələb etdiyi bildirilir.


Rəsmi Bakı Laçın-Gorus-Sisian-Naxçıvan yolunun açılmasını şərt kimi irəli sürüb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı