Modern.az

Poliklinikalar qarşısında basabas yaranıb - Vaksin növbələrinin FOTOLARI

Poliklinikalar qarşısında basabas yaranıb - Vaksin növbələrinin FOTOLARI

27 Avqust 2021, 14:16

Ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində sentyabrın 1-dən qapalı məkanlara daxil olmaq və bir çox sahələrdə fəaliyyət göstərmək üçün “COVID pasportu”nun tələb olunacağı diqqətə çatdırıldı. İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin tam siyahısı açıqlandıqdan sonra əhali vaksin olunmaq məqsədilə poliklinikalara axın etməyə başladı.

 

Artıq sentyabrın 1-nə çox az vaxt qaldığına görə, vaksin pasportu almaq istəyən şəxslər xəstəxana və poliklinikaların qarşısında uzun növbələr yaradıb, bu da sıxlığa səbəb olub.

 

Modern.az xəbər verir ki, Bakıda və regionlarda müxtəlif tibb müəssisələrində çəkilən və istifadəçilər tərəfindən sosial şəbəkələrdə yayılan fotolarda sosial məsafənin qorunmadığı diqqəti cəlb edir.



Üstəlik vaksin olunmaq üçün tibb müəssisələrinin qarşısında növbəsini gözləyən insanların yaratdığı sıxlıqda maskadan istifadə etməyənlər də yoluxma riskini artırır.


Qeyd edək ki, hazırda Azərbaycanda bu dörd vaksindən bistifadə olunur:  "AstraZeneca", "Pfizer", "Sputnik V" və "Coronavac" ("Sinovak").

 
Dünənə olan məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına ümumilikdə 405 542 nəfərə çatıb. Onlardan 353 140 nəfər müalicə olunaraq sağalıb, 5434 nəfər vəfat edib, aktiv xəstə sayı 46 968 nəfərdir. 

Bugünədək ölkədə vurulan vaksinlərin ümumi sayı 6 419 537, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 884 713, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 534 824 təşkil edir.


Modern.az
 polklinikalar qarşısındakı basabasdan fotoları təqdim edir:

 

 

Bakıdakı 26 saylı polklinika



Gəncədə xəstəxana...


Bakıda 8 saylı pliklinika...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı