Modern.az

Komitələrin payız hazırlığı: Hərbçilərlə bağlı yeni layihələr gözlənilir

Komitələrin payız hazırlığı: Hərbçilərlə bağlı yeni layihələr gözlənilir

Parlament

27 Avqust 2021, 16:11

Modern.az saytı Milli Məclisin komitələrinin qarşıdan gələn payız sessiyasına hazırlığı ilə bağlı rubrikanı davam etdirir. Rubrikada Milli Məclisin ayrı-ayrı komitələrinin qarşıdan gələn payız sessiyasına necə hazırlaşması, müzakirəsi planlaşdırılan yeni qanun layihələri haqqında məlumatlar dərc edilir.

 

Bu dəfə rubrikamıza parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ilə davam edirik.

 

Komitənin üzvü, deputat Arzu Nağıyev Modern.az-a gələn həftədən komitənin planlama iclaslarının başlanacağını söyləyib:

 

“Üzvü olduğum Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sentyabr ayının 1-dən yeni sessiya üçün planlama iclaslarına başlayır. İlkin planlama iclaslarında biz payız sessiyasında gündəmə gətirməli olduğumuz məsələləri, hazırlanacaq yeni qanun layihələrini götür-qoy edəcəyik. Hazırda konkret olaraq, hansı qanunların müzakirəyə çıxarılacağı, hazırlanacağı məlum deyil”.

 

 

Bununla yanaşı, Arzu Nağıyev onu da əlavə edib ki, ümumi gedişata nəzər saldıqda ölkənin aktual məsələlərinə uyğun olaraq bəzi məqamların müzakirəsi qaçılmazdır:

 

“Bu sessiyada da hərbi qulluqçular, azad olunmuş ərazilərlə bağlı müəyyən yeni layihələr və ya mövcud qanunlara dəyişikliklər ola bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü