Modern.az

Belçikada yaşayan azərbaycanlılarla görüş keçirildi - FOTO

Belçikada yaşayan azərbaycanlılarla görüş keçirildi - FOTO

27 Avqust 2021, 18:33

Diasporla İş üzrə Dövlət Komitəsi Belçikadakı Azərbaycan icması ilə görüş keçirib.

 

Komitədən Modern.az-a verilən məlumata görə, görüş Brüsseldə yerləşən Azərbaycan Evində təşkil edilib.

 

Tədbirdə Komitə nümayəndələri, Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının, Azərbaycan Evinin, Belçikadakı azərbaycanlı icmasının təmsilçiləri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Komitə sədri Fuad Muradov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərimizdə aparılan quruculuq işləri barədə ətraflı məlumat verib, 44 günlük Vətən müharibəsi dönəmində və indiyədək davam edən pandemiya mərhələsində Azərbaycan diasporunun fəaliyyətini müsbət qiymətləndirib. 

 

 

Sonra Komitənin Vətən müharibəsi dönəmindəki fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub, Komitənin son illərdəki gördüyü işlər, o cümlədən Şuşaya təşkil olunmuş səfərlər barədə hesabat xarakterli məruzə təqdim edilib.

 

Belçika–Azərbaycan münasibətlərindən danışan səfir Vaqif Sadıqov soydaşlarımızın bu ölkənin yerli cəmiyyətinə inteqrasiya olunduğunu qeyd edib. Azərbaycanlı diplomat Dövlət Komitəsinin bu istiqamətdə gördüyü işləri təqdirəlayiq hesab edib və qarşıda duran hədəflərin reallaşmasında soydaşlarımızın, xüsusi ilə də cəmiyyətin aparıcı qüvvəsinin -gənclərimizin üzərinə böyük məsuliyyət düşdüyünü, Belçikada yaşayan azərbaycanlı gənclərin xalqlararası münasibətlərin möhkəmləndirilməsində fəal iştirak etməli olduğunu, keçirdikləri tədbirlər vasitəsi ilə məlumatlılığın artırmasına töhfə verə biləcəklərini vurğulayıb. 

 

Görüş interaktiv şəkildə davam edib, diaspor təşkilatlarının daha mütəşəkkil şəkildə əlaqələndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir