Modern.az

Ər arvadını ürəyindən bıçaqladı 

Ər arvadını ürəyindən bıçaqladı 

Hadisə

27 Avqust 2021, 23:46

Lənkəranda bıçaqlanma hadisəsi olub.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Liman şəhərində baş verib.

 

Belə ki, 1985-ci il təvəllüdlü Aynur Gülağa qızı Mirzəyeva qarın və ürək nahiyəsindən kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı əməliyyat olunaraq, reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hadisənin törədilməsində qadının həyat yoldaşı şübhəli bilinir. Cinayətin başvermə səbəbi barədə hər hansı məlumat yoxdur.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər