Modern.az

Azərbaycanın tanınmış neftçisi vəfat etdi

Azərbaycanın tanınmış neftçisi vəfat etdi

Allah rəhmət eləsi̇n

28 Avqust 2021, 16:47

Azərbaycanın neft-qaz sənayesinə ağır itki üz verib.

 

SOCAR-dan Modern.az-a verilən məlumata görə, uzun illər Azərbaycan neft sənayesində rəhbər vəzifələrdə çalışmış Söhrab Salmanov ömrünün 80-ci ilində vəfat edib.

 

Həyatını Azərbaycan neft sənayesinin inkişafına həsr etmiş Söhrab Salmanov yüksək səviyyəli mütəxəssis, bacarıqlı rəhbər idi.

 

S.M.Salmanov “Şöhrət” ordeni ilə və bir sıra digər dövlət mükafatları ilə təltif olunub, “Azərbaycan SSR neft və qaz sənayesinin əməkdar işçisi” fəxri adına layiq görülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü