Modern.az

Üçüncü doza vaksin kimlərə daha tez vurulacaq?

Üçüncü doza vaksin kimlərə daha tez vurulacaq?

29 Avqust 2021, 15:28

Orqan köçürülməsi edilən və ya orqan çatışmazlığından əziyyət çəkən şəxslərin peyvənd olunmasını tövsiyə edirik.

 

Modern.az bildirir ki, bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında həkim Mircəlal Kazımi deyib.

 

O bildirib ki, sözügedən şəxslərin virusa yoluxma ehtimalı yüksəkdir:

 

"Təcrübəmizə əsasən deyə bilərəm ki, orqan köçürülməsi edilən və ya orqan çatışmazlığından əziyyət çəkən şəxslərdə "Sinovac" peyvəndi hər hansı problem yaratmayıb. Dünyada aparılan elmi araşdırmalarla bağlı məqalələrdə hazırda bizdə də istifadə olunan "Pfizer-BioNTech" peyvəndindən geniş şəkildə istifadə edilməsini görürük.

 

Həmçinin ABŞ-da böyrək köçürülən və peyvənd vurulmayan 21 yaşdan aşağı gənclər arasında araşdırma aparıldı. Bu araşdırma nəticəsində məlum olub ki, xəstələrin 40 faizinin virusa yoluxduqdan sonra xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb. Bu 40 faizin 33 faizi isə reanimasiya düşüb və süni nəfəs aparatına qoşulub. Hər nə qədər özlərini qorusalar da, orqan köçülmüş şəxslərin virusa yoluxma ehtimalı yüksəkdir. Çünki onlar xüsusi dərman preparatları qəbul edirlər. Bu preparatların təsirindən isə orqanizmin immuniteti aşağı düşmüş vəziyyətdə olur. Buna görə də belə şəxslərə biz peyvənd vurulmasını tövsiyə edirik. Təbii ki, bu, onların seçimidir".

 

M. Kazımi onu da qeyd edib ki, peyvənd orqan  transplantasiyası edilmiş şəxsləri 95 faiz hallarda virusdan qoruyur:

 

"Qaraciyər transplantasiyası olmuş şəxslər üzərində də peyvəndlər bağlı araşdırmalar aparılıb. İsraildə 80-90 şəxs üzərində aparılan araşdırmaya əsasən peyvənd bu şəxsləri 95 faiz hallarda koronadan qoruyur. Hətta tövsiyə xarakterli yazı da yayımladılar ki, onlara peyvəndin III dozası normalda qeyd olunan vaxtdan daha tez vurulsun".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir