Modern.az

Bakıda mətbəə direktoru koronavirusdan vəfat etdi

Bakıda mətbəə direktoru koronavirusdan vəfat etdi

29 Avqust 2021, 22:36

Bakıda fəaliyyət göstərən “Təknur” mətbəəsinin direktoru Ələkbər Məmmədov vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı mərhumun dostları bildiriblər.

61 yaşlı Ə.Məmmədovun koronavirus infeksiyasına yoluxmadan dünyasını dəyişdiyi qeyd olunub.

Məmmədov Ələkbər Məhəmməd oğlu 1961-ci ildə Cəbrayıl rayonu Qazanzəmi kəndində dünyaya gəlmişdi. Biologiya üzrə fəlsəfə doktoru olan Ə.Məmmədov Tibb Univesitetində müəllim işləyirdi. Bakıda fəaliyyət göstərən “Təknur” mətbəəsinin direktoru idi...

Allah rəhmət eləsin! 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır