Modern.az

Azad edilmiş ərzilərdə kütləvi məzarlıqlar tapılıb - Nazir müavini

Azad edilmiş ərzilərdə kütləvi məzarlıqlar tapılıb - Nazir müavini

Ölkə

30 Avqust 2021, 10:35

İşğaldan azad edilmiş ərzilərdə kütləvi məzarlıqlar tapılıb.

 

Modern.az-ın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

 

Onun sözlərinə görə, həmin məzarlıqlardakı cəsədlərin kimlərə aid olması ilə bağlı araşdırmalar aparılır.

 

E.Məmmədov, həmçinin qeyd edib ki, Ermənistan Birinci Qarabağ müharibəsində çox geniş şəkildə girovların götürülməsi praktikasından istifadə edib.

 

E. Məmmədov onu da vurğulayıb ki, girov götürülmüş şəxslərin sağ olması ilə bağlı narahatlıq var:

 

“Azərbaycan vətəndaşı olan insanlarla bağlı aparılan təhqiqatlar onu göstərir ki, azərbaycanlı əsirlər işgəncələrə məruz qalır, olduqca pis şəraitdə saxlanılır. Onların aqibətinin qeyri-müəyyən olması bizdə narahatlıq yaradır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar