Modern.az

Gültəkin Hacıbəyli 10 ildən sonra Azərbaycanı TƏRK ETDİ

Gültəkin Hacıbəyli 10 ildən sonra Azərbaycanı TƏRK ETDİ

Hadisə

30 Avqust 2021, 11:28

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin ölkədən çıxışına icazə verilib.

Modern.az-ın məlumatına görə, bu barədə Gültəkin Hacıbəylinin özü bildirib.

Eks-deputatın sözlərinə görə, o, oğlu ilə birlikdə 10 il davam edən qadağalardan sonra nəhayət Azərbaycanın hüdudlarını tərk edə bilib.

G.Hacıbəyli Türkiyə Cümhuriyyətinin qeyd etdiyi 30 Avqust Zəfər Gününü hazırda oğlu ilə birgə İstanbulda qarşıladığını bildirib.

Qeyd edək ki, Gültəkin Hacıbəyli keçmiş həyat yoldaşı Mahmud Mehdiyevlə boşanandan sonra ciddi problemlər yaşayıb. O, oğlunun ölkədən çıxış qadağasına görə məhkəməyə də müraciət etmişdi. Bu ilin martında Bakı Apelyasiya Məhkəməsi G.Hacıbəylinin şikayətini təmin edib. 

Sabiq deputatın oğlu Toğrul Mehdi 2017-ci ildən ölkədən çıxa bilmirdi. Atası Mahmud Mehdiyev həmin ilin iyul ayında onun ölkədən çıxışına icazə məqsədilə anasına verdiyi etibarnaməni ləğv etdirib. 

G.Hacıbəyli Azərbaycan Milli Məclisinin II (2000-2005) və III (2005-2010) çağırış deputatı olub.

O, hazırda müxalifət qüvvələrinin Milli Şurasında təmsil olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı