Modern.az

Ermənistan Zəngəzur dəhlizinin açılması üçün şərt İRƏLİ SÜRDÜ

Ermənistan Zəngəzur dəhlizinin açılması üçün şərt İRƏLİ SÜRDÜ

Qərbi Azərbaycan

30 Avqust 2021, 11:41

Ermənistan Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan "Azadlıq" radiosunun Ermənistan xidmətinə müsahibə verib.

 

Modern.az xəbər verir ki, müsahibədə əsas mövzu Azərbaycanla danışıqlar və regional kommunikasiyaların açılması barədə olub.


Armen Qriqoryan Azərbaycanla delimitasiya prosesinə hazırlıq görüldüyünü deyib:


"Ermənistan delimitasiya prosesinə hazırdır və Azərbaycandan müvafiq reaksiyanı gözləyir. Rusiya sərhədçiləri Bakı ilə Yerevan arasında delimitasiya və demarkasiya prosesi bitdikdən sonra iki ölkənin sərhədinə yerləşdiriləcək".

 

Qriqoryan Zəngəzur dəhlizi məsələsinə toxunaraq, ölkəsini Rusiya ilə birləşdirmək üçün Azərbaycandan dəhliz istədiklərini əlavə edib.


"Regiondakı bütün nəqliyyat kommunikasiyalarının açılması nəzərdə tutulur. Ermənistan da Rusiya ilə əlaqə üçün Azərbaycan ərazisindən istifadə edə biləcək. Əgər Azərbaycan Zəngəzur dəhlizinin olduğunu hesab edirsə, biz də Rusiyaya dəhliz əldə edəcəyik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir