Modern.az

Sabiq nazir “Zəngəzur platforması”nın əhəmiyyətindən DANIŞDI

Sabiq nazir “Zəngəzur platforması”nın əhəmiyyətindən DANIŞDI

Qərbi Azərbaycan

30 Avqust 2021, 13:22

Qədim Azərbaycan torpağı olan Zəngəzur türk dünyasının birləşməsində böyük rol oynaya bilər. Ölkəmizin irəli sürdüyü Zəngəzur dəhlizi layihəsi yalnız Qafqaz üçün deyil, daha geniş mənada region üçün strateji əhəmiyyətə malikdir. İndiki məqamda əsas hədəf türk dünyasını birləşdirəcək dəhlizin açılmasını təmin etməkdir.

 

Dünyanın diqqətini bu məsələyə çəkmək üçün “Zəngəzur platforması”nın yaradılması təklif olunur və son günlər bu mövzu aktiv şəkildə müzakirə predmetinə çevrilib.

 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a açıqlamasında bildirib ki, belə bir platforma Zəngəzurun dünya miqyasında tanınmasına şərait yarada bilər:


“Türkiyə tərəfindən təklif olunan 3+3 layihəsi də Azərbaycanın marağına uyğundur. Platformanın məqsədləri əməkdaşlığın güclənməsinə, kommunikasiyaların daha da inkşafına təkan verəcək. Bu baxımından təklif ölkələrin və xalqların maraqlarına uyğundur”.

 

“Zəngəzur platforması”nın yaradılması ideyasını dəstəkləyən keçmiş XİN başçısı hesab edir ki, sözügedən təşəbbüs tarixi torpaqlarımıza kökləmək üçün yaxşı vasitədir:

 

“Əsəs məqsəd odur ki, Zəngəzur vasitəsilə həm Azərbaycan, həm də digər ölkələr maraqlarını təmin etsin. Bunun üçün geniş dəstək nümayiş olunmalıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu