Modern.az

Prokurorluq sərhəddə minaya düşən şəxslə bağlı MƏLUMAT YAYDI

Prokurorluq sərhəddə minaya düşən şəxslə bağlı MƏLUMAT YAYDI

Hadisə

30 Avqust 2021, 15:30

Bəzi kütləvi informasiya vasitələrində Daşkəsən rayon sakininin Ermənistan Respublikası ilə sərhəd olan kənddə minaya düşməsi barədə məlumatlar yayılıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumatda fakt təsdiqlənib.

 

Rəsmi məlumata görə, 29 avqust 2021-ci ildə Tağıyev Şükür Əşrəf oğlunun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən Daşkəsən rayonu, Alaxançallı kəndinin Kəlbəcər rayonu ilə sərhəd hissəsində yerləşən “Təkqaya” adlanan ərazisində minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Daşkəsən rayon prokurorluğuna məlumat daxil olub. Hazırda faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər