Modern.az

Zəfər Günü münasibətilə əfv ola bilər? - AÇIQLAMA

Zəfər Günü münasibətilə əfv ola bilər? - AÇIQLAMA

30 Avqust 2021, 16:00

Bu il noyabrın 8-də Azərbaycanda ilk dəfə Zəfər Günü qeyd ediləcək.

 

Modern.az xəbər verir ki, Vətən Müharibəsində qazandığımız tarixi qələbənin ildönümünə iki aydan az vaxt qalıb. Qarabağ Zəfərinin möhtəşəm tədbirlərlə qeyd ediləcəyi gözlənilir.

 

Zəfər Günü münasibətilə gözlənilən humanist addımlardan biri də əfv sərəncamıdır. Belə ki, 8 noyabr – Zəfər Günü ərəfəsində əfv sərəncamının verilməsi gözlənilir və bununla bağlı təkliflər səsləndirilir.

 

Bu barədə Modern.az-a danışan Əfv Məsələləri üzrə Komissiyanın üzvü, deputat Fazil Mustafa belə təşəbbüsü dəstəklədiyini bildirib.

 

“Zəfər Günü Azərbaycanda ilk dəfə qeyd ediləcək. İlk zəfərimizdə əfv sərəncamının imzalanması humanist addım kimi təqdirəlayiq olardı. Amma hələlik bununla bağlı addımlar atılmağını müşahidə etmirik. Konkret tədbirlərə başlanılmayıb”.

 

Komissiyanın digər üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə əfvlə bağlı sərəncam imzalanmasının Prezidentin müstəsna səlahiyyəti olduğunu xatırladıb:

 

“Əfv sərəncamı adətən Novruz bayramı ərəfəsi imzalanır. Digər vaxtlarda da uyğun məqamda yəqin ki, nəzərə alına bilər. Azərbaycan xalqının ilk Zəfər Günündə əfv sərəncamının imzalanması humanist addım kimi təqdirəlayiq hesab edilə bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı