Modern.az

Separatçılar 2 sentyabrı necə qeyd edəcək?

Separatçılar 2 sentyabrı necə qeyd edəcək?

Qarabağ

31 Avqust 2021, 10:24

Qarabağdakı separatçı rejim hər il 2 sentyabr tarixini "müstəqillik günü" kimi qeyd edirdi.

 

Modern.az xəbər verir ki, Ermənistan 44 günlük ikinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğradıqdan sonra separatçılara verdiyi dəstəyi azaltmalı olub.

 

Belə ki, Qarabağda sülhməramlı kontingentin müvəqqəti nəzarət etdiyi ərazidə sentyabrın 2-də keçiriləcək tədbirlərdə Ermənistanın siyasi rəhbərliyi 30 ildə ilk dəfə iştirak etməyəcək. Nə prezident Armen Sarkisyan, nə baş nazir Nikol Paşinyan, nə də spiker Alen Simonyan Xankəndidə qondarma tədbirə qatılacaq.


Əvəzində parlamentin vitse-spikerlərindən biri və bəzi deputatların Xankəndiyə gəlməsi gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?