Modern.az

Türk Şurasına üzv dövlətlərin jurnalistləri Qarabağa getdilər

Türk Şurasına üzv dövlətlərin jurnalistləri Qarabağa getdilər

Media

31 Avqust 2021, 11:05

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanları “Azərbaycana Media Tur” çərçivəsində işğaldan azad olunan ərazilərə səfər edib.

 

Modern.az-ın məlumatına görə, səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Serbiya və Bosniya və Herseqovinadan olan 20-dən artıq xarici jurnalist iştirak edir.

 

Səfərdə məqsəd işğal zamanı ermənilər tərəfindən Azərbaycan ərazisində törədilən vəhşiliklər, dağıdılan tarixi abidələr və yerlə yeksan olunan yaşayış əraziləri barədə KİV nümayəndələrinin məlumatlandırılmasıdır. Üçgünlük səfər zamanı xarici jurnalistlər Füzuli, Cəbrayıl, Şuşa və Gəncədə olacaq. Səfərin ilk günündə media əməkdaşları Füzulidə ANAMA nümayəndələri ilə görüşəcək, mina təmizləmə prosesini izləyəcək və Alxanlı məscidi ilə tanış olacaqlar, həmçinin Cəbrayılda şəhərin dağıntıları, dağıdılmış müsəlman tarixi və dini abidələri, qəbiristanlıqlarla tanışlıq nəzərdə tutulub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi