Modern.az

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı dəqiqləşdi

Milli Məclisin payız sessiyasının ilk iclasının vaxtı dəqiqləşdi

Parlament

31 Avqust 2021, 11:19

Sentyabr ayının 15-dən Milli Məclisin komitə iclasları başlayacaq.

 

Bu barədə Modern.az-a parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı məlumat verib. 

 

Deputat qeyd edib ki, Milli Məclis fəaliyyətə konstitusiyaya uyğun olaraq, komitə iclasları ilə başlayacaq. Onun sözlərinə görə, ilk iclas oktyabr ayının 1-nə təyin olunub.

 

“Qarşıdan gələn payız sessiyasına hazırlıq məqsədilə sessiyanın gündəliyi hər bir komitədə müzakirə olunacaq. Oktyabrın ayının 1-nə ilk plenar iclasımız nəzərdə tutulub”.

 

Xatırladaq ki, qanunvericiliyə uyğun olaraq, Milli Məclisin payız sessiyası sentyabrın 30-u başlanır, dekabrın 30-dək davam edir.

 

Parlamentin plenar iclasları həftənin çərşənbə axşamı və cümə günləri keçirilir. Bu il sentyabrın 30-u cümə axşamı gününə təsadüf edir və buna görə də Milli Məclisin payız sessiyasının ilk plenar iclası cümə günü – oktyabr ayının 1-nə planlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir