Modern.az

Şair-jurnalist Əhməd Oğuz vəfat edib

Şair-jurnalist Əhməd Oğuz vəfat edib

Allah rəhmət eləsi̇n

31 Avqust 2021, 12:49

Tanınmış şair- jurnalist Əhməd Oğuz vəfat edib.

Modern.az xəbər verir ki, məlumatı Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza ictimailəşdirib.

59 yaşlı şair bu gün vəfat edib.

Mərhumun uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Əhməd Oğuz 1961-ci il noyabrın 13-də Qərbi Azərbaycanda anadan olub. Azərbaycan Pedaqoji İnstitutunu bitirib.

"Xəzər" jurnalında, "Oğuz eli" qəzetində, Azərbaycan Radiosunda radio xalq yaradıcılığı baş redaksiyasında şöbə müdiri vəzifəsində çalışıb.

Ötən əsrin 80-ci illərinin əvvəllərindən "Ulduz", "Azərbaycan" jurnallarında, "Ədəbiyyat və incəsənət" qəzetində müntəzəm çap olunub.

Allah rəhmət eləsin.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir