Modern.az

“Peyvənd olunsam da, ən təhlükəli ştamma yoluxdum” – Çingiz Abdullayev

“Peyvənd olunsam da, ən təhlükəli ştamma yoluxdum” – Çingiz Abdullayev

Ədəbi̇yyat

31 Avqust 2021, 14:06

Xalq yazıçısı Çingiz Abdullayev koronavirusa yoluxduğunu təsdiqləyib.

 

Modern.az-ın məlumatına görə, Ç.Abdullayev virusa 8 gün əvvəl yoluxduğunu qeyd edib:

 

“Ən təhlükəli “Delta” variantına yoluxdum, başım ağrıyırdı, titrətməm var idi”.

 

O, 4 ay əvvəl iki doza vaksin vurduruğunu da xatırladıb:

 

“Ən vacib məqam dörd ay əvvəl vaksinin hər iki dozasını vurdurmağım, Avropadan sifariş edilən dərmanları və vitaminləri qəbul etməyimdir. Nəticədə xəstəliyi demək olar ki, hiss etmədim. Amma təbii ki, karantində oldum. Saturasiyam 97-98 səviyyəsində idi. Temperaturum və öskürəyim olmadı. Demək olar ki, bütün qoxuları hiss edirdim”.

 

Ç.Abdullayev heç kimin virusdan sığortalanmadığını vurğulayıb:


“Həyatım boyu bir dəfə də siqaret çəkməmişəm, demək olar ki, spirtli içki qəbul etmirəm, gəncliyimdə idmanla çox məşğul olmuşam. Adətən, futbola üç-dörd saat vaxt ayırıram. Bu artıq sağlamlıq məsələsidir. Xəstə ola bilərsiniz, amma bu, ölməyə rəvac vermir. Piylənmə də təsir edə bilər. 1.87 boyla uzun illər 94-97 kiloqram çəkidə olmuşam. Heç kim demir ki, xəstələnməyəcəksiniz.

 

Bu infeksiya hər kəsi yoluxdura bilər. Amma ölmək mütləq deyil. Həm də xəstəliyi ağır keçirmək də dözülməzdir. Qayğınıza görə hamınıza təşəkkür edirəm. Sağlam olun!”.


Qeyd edək ki, bu gün yerli mətbuat Ç.Abdullayevin virus səbəbilə xəstəxanaya yerləşdirildiyinə dair məlumatlar yaymışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi