Modern.az

Qeyri-neft sektoru üzrə ixrac 30,5 faiz artıb

Qeyri-neft sektoru üzrə ixrac 30,5 faiz artıb

İqtisadiyyat

31 Avqust 2021, 19:51

Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 316,7 milyon ABŞ dolları və ya 30,5 faiz artıb.

 

Modern.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayına istinadən bildirir ki, cari ilin ilk 7 ayı ərzində Azərbaycanın ixracı 11,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,4 milyard ABŞ dolları təşkil edib.

 

Qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 338 milyon ABŞ dolları ilə əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 2,4 dəfə, pambıq iplik 2,8 dəfə, şəkər 2,3 dəfə, kimya sənayesi məhsulları 37 faiz, pambıq lifi 88,5 faiz, alüminium və ondan hazırlanan məmulatlarda isə 42 faiz artım qeydə alınıb.

 

Normallaşma prosesinin davam etdiyi dövrdə iyul ayı üzrə ixrac 2,6 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 55,7 faiz təşkil etməklə 192 milyon ABŞ dolları olub. Cari ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6 faiz artaraq 43 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 80,1 faiz artaraq 149 milyon ABŞ dolları təşkil edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər