Modern.az

Komitələrin payız hazırlığı: “Xocalıya ədalət”, Şuşa və Bakı bəyannamələri əsas istiqamət olacaq

Komitələrin payız hazırlığı: “Xocalıya ədalət”, Şuşa və Bakı bəyannamələri əsas istiqamət olacaq

Parlament

1 Sentyabr 2021, 09:31

Modern.az saytı Milli Məclisin komitələrinin payız sessiyasına hazırlığı ilə bağlı rubrikanı davam etdirir. Rubrikada Milli Məclisin ayrı-ayrı komitələrinin sessiyaya necə hazırlaşması, müzakirəsi planlaşdırılan yeni qanun layihələri haqqında məlumatlar dərc edilir.

 

Bu dəfə rubrikamıza parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə davam edirik.

 

Komitə sədri Səməd Seyidov Modern.az-a bildirib ki, 2021-ci il payız sessiyası 15 sentyabr tarixində başlayacaq, buna baxmayaraq, komitə tətil dövründə də fəaliyyət göstərib:

 

“Bunun bariz nümunəsi tətil dövründə çoxsaylı işgüzar səfərlər, AŞPA, ATƏT PA, NATO PA, QDİƏT PA, QUAM PA, Parlamentlərarası İttifaq və bir sıra beynəlxalq qurumlarda çıxışlar və ümumilikdə beynəlxalq münasibətlərin inkişafıdır. Payız sessiyası ərzində komitədə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmiş qanun və qərar layihələrinə baxılması, beynəlxalq və dövlətlərarası müqavilələrin təsdiqi, icrası və ləğv edilməsi qaydalarına aid qanun layihələrinə baxılması, bununla bağlı təqdim olunmuş qanun layihələrinə rəy verilməsi, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi barədə təkliflərin hazırlanması, bu məqsədlə parlamentlərarası əlaqələr üzrə işçi qrupları, Milli Məclisin beynəlxalq parlament təşkilatlarındakı nümayəndələri ilə yaxından əməkdaşlıq etmək, xarici ölkə parlamentləri təmsilçilərinin Azərbaycana və Azərbaycan parlament nümayəndələrinin digər dövlətlərə qarşılıqlı səfərlərini təşkil edilməsidir”.

 

 

Komitə sədri onu da qeyd edib ki, “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyəti davam etdirmək iş planının əhəmiyyətli hissəsini təşkil edəcək:

 

“Beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşa şəhərində imzalanmış “Şuşa Bəyannaməsi” və Türkiyə, Pakistan və Azərbaycan Parlament Sədrləri arasında imzalanmış “Bakı Bəyannaməsi”ndən irəli gələn məsələlərlə bağlı işlərin görülməsi də əsas istiqamətlərdən biri olacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır