Bu gün saat 17:00-da təhsil naziri Emin Əmrullayevin brifinq keçirəcəyi barədə mediada məlumat yayılıb.
Modern.az xəbər verir ki, brifinq zamanı məktəblərin açılması ilə bağlı qərarların elan ediləcəyi bildirilir.
Nazirliyin mətbuat katibi Cəsarət Valehov Modern.az-a açıqlamasında yayılan məlumatları təkzib edib:
"Bu gün üçün Təhsil Nazirliyi hər hansı brifinq planlaşdırmayıb".