Modern.az

Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

Allah rəhmət eləsi̇n

1 Sentyabr 2021, 16:10

Azərbaycanın Əməkdar artisti, Rusiyanın Xalq artisti Tamilla Ağamirova ömrünün 94-cü ilində vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Moskvadakı “Romen” teatrı məlumat yayıb.

 

Xatırladaq ki, 2021-ci il iyulun 2-də onun həyat yoldaşı, SSRİ Xalq artisti, “Romen” teatrının bədii rəhbəri Nikolay Sliçenko da vəfat edib.

 

Tamilla Ağamirova 1951-ci ildə Bakı Teatr İnstitutunu bitirib. 1952-ci ildən etibarən fəaliyyət göstərdiyi "Romen" teatrında baş rollar ifa edib. O, daha çox “Don Kixot”, "Onun böyük ürəyi", "Əsl dost", "Matteo Falkone", "Kuba novellası", "Stalinqrad" filmlərində, həmçinin “Romen” teatrının səhnəsində canlandırdığı rollara görə tanınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?