Modern.az

Səfir: “Hökumət bu məsələdə barışmaz mövqe nümayiş etdirir”

Səfir: “Hökumət bu məsələdə barışmaz mövqe nümayiş etdirir”

2 Sentyabr 2021, 09:00

“Türkmənistan hökuməti narkotiklərlə mübarizədə olduqca ciddi tədbirlər görür və bu məsələdə barışmaz mövqe nümayiş etdirir”.

 

Bu fikirləri Modern.az-a müsahibəsində Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov deyib.

 

Səfir bir məqamı xüsusilə qeyd edib: “Hətta indi deyəcəyim məsələ yəqin ki, dünyanın çox az ölkələrində rast gəlinə bilər. Belə ki, Türkmənistan Xarici İşlər Nazirliyinin dəvəti ilə bu ölkədə fəaliyyət göstərən xarici ölkə diplomatları, o cümlədən bizim Səfirliyin əməkdaşları vaxtaşırı Türkmənistanın səlahiyyətli orqanları tərəfindən aşkar olunaraq müsadirə edilmiş narkotik vasitələrin və ya onun hazırlanmasında istifadə oluna biləcək maddələrin yandırılmaq yolu ilə məhv edilməsi tədbirlərində iştirak edirlər”.

 

Qeyd edək ki, Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalovun müsahibəsini yaxın saatlarda Modern.az-da oxuya bilərsiniz.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?