Modern.az

“Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsi hazırlanır

“Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsi hazırlanır

2 Sentyabr 2021, 11:14

“Vətənpərvərlik tərbiyəsi haqqında” yeni qanun layihəsi hazırlanır. Ola bilər ki, iş prosesində qanun layihəsinin adı ilə bağlı bir qədər də dəqiqləşdirmələr aparılsın.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

 

Komitə sədri bildirib ki, vətənpərvərlik çox mühüm bir məsələdir.

 

"Gənclərimizin yüksək vətənpərvərlik səviyyəsini 44 günlük Vətən Müharibəsi zamanı gördük. Cənab Prezident İlham Əliyev də xüsusi qeyd etdi ki, bu qələbədə hər kəsin payı var. Amma gənclərimiz bu qələbənin əldə edilməsində çox böyük şücaət və qəhrəmanlıq göstərdilər. Təbii ki, bu yüksək qiymətləndirilir. Bu istiqamətdə bundan sonra da işlərin gücləndirilməsi və qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədilə belə bir qanun layihəsinin hazırlanması fikri meydana gəldi. Bu istiqamətdə işlər görülür.  Çatdıra bilsək işçi qrupnun yaradılması nəzərdə tutulur ki, qanun layihəsi müvafiq təşkilatlarla bir yerdə hazırlansın, Milli Məclisə və o cümlədən komitəyə təqdim olunsun", - deyə B.Əliyev qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı