Modern.az

Tarixdə ilk dəfə: BDU dünyanın ən yaxşıları sırasında

Tarixdə ilk dəfə: BDU dünyanın ən yaxşıları sırasında

Təhsil

2 Sentyabr 2021, 11:28

Bakı Dövlət Universiteti dünyanın ən yaxşı universitetləri sırasında yer alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat yayıb.

 

O qeyd edib ki, dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin reytinq qurumlarından olan “Times Higher Education” 2022-ci il üzrə dünya universitetlərinin reytinq cədvəlini açıqlayıb:

 

“Tarixdə ilk dəfə Bakı Dövlət Universiteti Dünya universitetlərinin reytinqi (World University Rankings) siyahısında yer alıb. Bu ilki siyahıda dünyanın ən nüfuzlu 1662 universitetinin adı var”.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı