Arxiv
2 Sentyabr 2021, 18:56 | HADİSƏ
3759 yeni yoluxma, daha 45 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3759 yeni yoluxma faktı qeydə alınıb, 3473 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 432495 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 373475 nəfər müalicə olunaraq sağalıb, 5722 nəfər vəfat edib, aktiv xəstə sayı 53298 nəfərdir.

 

Ölkədə son sutka ərzində 17678, hazırkı dövrədək isə 4498717 test aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv