Modern.az

Çempion bacılar: “Bir də belə sevinc yaşayacağımızı təsəvvür etmirik” - VİDEO

Çempion bacılar: “Bir də belə sevinc yaşayacağımızı təsəvvür etmirik” - VİDEO

Mədəni̇yyət

2 Sentyabr 2021, 21:00

Azərbaycanın paralimpiya oyunları tarixinin ən parlaq səhifələrindən olan Tokio-2020 oyunları başa çatmaq üzrədir. Artıq qaliblər Vətənə dönür.

 

MediaTürk TV-nin əməkdaşları hamımızı qürurlandıran paracüdoçu Dürsədəf Kərimova və Xanım Hüseynova bacıları ilə görüşüb.

 

Ziyalı ailədə dünyaya göz açan Dürsədəf Kərimova və Xanım Hüseynova bacıları qazandıqları möhtəşəm qələbənin təsirindən hələ də ayılmayıblar. İllərini cüdoya vermiş bacılar uşaqlıqdan hiperaktiv olduqlarına görə ataları onları məhz bu idman növünə yönləndirilib.

 

Kiçik yaşlarından sevdikləri idman növü ilə məşğul olmağa başlayan bacılar bu illər ərzində hər zaman yalnız birinci olmaq üçün çalışıblar. Ötən ildən bütün dünyanı evlərə qapadan pandemiya da onların məşqlərinə mane ola bilməyib, daim çalışmalarına davam ediblər. Bacıların Tokioya qalib ölkənin vətəndaşları kimi yollanmaları da qələbələrində böyük rol oynayıb.

 

Bacıların bir-birilərinə verdikləri dəstək, eləcə də idmançı yoldaşlarının onlara olan inamının da qazandıqları qələbədə payı çox olub. Amma rəqiblərinin  kifayət qədər güclü olduğunu deyir Dürsədəf...

 

Bacılar Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın sosial şəbəkədə dəstək paylaşımlarının onlarda böyük ruh yüksəkliyi yaratdığını, bu qələbələrdə onların da payının olduğunu deyirlər.

 

Xatırladaq ki, Dürsədəf Kərimova və Xanım Hüseynova bacıları Tokio-2020 paralimpiya oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Qazandıqları qələbədən  ruhlanan paracüdoçu bacılar növbəti paralimpiya oyunlarına da qatılmaq niyyətindədirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi