Modern.az

“Neftçi”nin sabiq prezidenti koronavirusdan vəfat etdi

“Neftçi”nin sabiq prezidenti koronavirusdan vəfat etdi

3 Sentyabr 2021, 00:59

“Neftçi” klubunun sabiq prezidenti Aydın İbrahimov dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, o, 83 yaşında koronavirusdan vəfat edib.

 

Aydın İbrahimov 1988-97-ci illərdə “Neftçi”nin prezidenti olub. Bundan başqa o, sərbəst güləş üzrə dünya çempionu, 1964-cü il Olimpiya Oyunlarının bürünc mükafatçısı, 1963-cü ildə dünya çempionu, 1966-cı ildə Avropa çempionu, 1964-cü ildə SSRİ çempionu, 1963-cü ildə gümüş medal mükafatçısı, 1960 və 1967-ci illərdə bürünc medalların sahibi olub, SSRİ əməkdar idman ustası (1965) və SSRİ əməkdar məşqçisi adlarına layiq görülüb. Bakının “Dinamo” cəmiyyətinin üzvü olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi